Rusiya Putinlə Baydenin görüşü ideyasına müsbət yanaşır

"ABŞ Prezidenti Co Baydenin Prezident Putinlə danışığı zamanı Rusiya-ABŞ sammitinin keçirilməsi perspektivinə dair suala gəldikdə, deyə bilərəm ki, biz buna müsbət yanaşırıq", - Lavrov.
Sputnik

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 11 may - Sputnik. Moskva Putin və Bayden görüşünün keçirilməsi ideyasına pozitiv yanaşır. 

Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla Bakıda keçirilən görüşün yekunlarına dair birgə mətbuat konfransında bildirib.

"ABŞ Prezidenti Co Baydenin Prezident Putinlə danışığı zamanı Rusiya-ABŞ sammitinin keçirilməsi perspektivinə dair suala gəldikdə, deyə bilərəm ki, biz buna müsbət yanaşırıq".

Bundan əvvəl Co Bayden Vladimir Putinə ikitərəfli münasibətləri müzakirə etmək üçün Avropa ölkələrinin birində görüş keçirməyi təklif etmişdi. Co Bayden rusiyalı həmkarı ilə görüşünün iyun ayında baş tuta biləcəyini qeyd edib.