RUSİYA

Kazanda silahlı insident törədən şəxslə bağlı şokedici detallar

İlnaz Qalyaviyev hadisədən bir saat əvvəl "Telegram" hesabında qeyri-adi paylaşım edib. O paylaşımında "Bu gün bir xeyli bioloji zibili təmizləyəcəm, sonra da özümü vuracam", – yazıb.
Sputnik

BAKI, 11 may — Sputnik. Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Rusiya Federasiyası Tatarıstan respublikasının paytaxtı Kazan şəhərindəki 175 saylı məktəbdə silahlı insident baş verib. Hadisə nəticəsində 13 nəfər həlak olub ki, onların da əksriyyəti məktəbli uşaqlardır. Bundan başqa 30-dan artıq insan müxtəlif dərəcəli bədən xəsarəti ilə xəstəxanaya çatıdırılıb. Yaralananlar arasında da azyaşlılar üstünlük təşkil edir. Onlardan 6 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.

Bu arada, hadisəni törətməkdə təqsirləndirlən və artıq saxlanılan 19 yaşlı İlnaz Qalyaviyev haqqında şokecidi detallar ortaya çıxıb. Sputnik Azərbaycan Türkiyə mediasına istinadla xəbər veir ki, Qalyaviyev hadisədən bir saat əvvəl "Telegram" hesabında qeyri-adi paylaşım edib. O paylaşımında "Bu gün bir xeyli bioloji zibili təmizləyəcəm, sonra da özümü vuracam", – yazıb.

Bundan başqa, polisin terrorçunun dostlarından aldğı ifadələr zamanı məlum olub ki, İlnaz ABŞ-da 2001-ci il sentyabr ayının 11-də baş vermiş terror hadisəsi günü dünyaya gəlməsi ilə fəxr edirmiş.

Qeyd edək ki, baş vermiş hadisə ilə əlaqədar mayın 12-i Tatarısatanda matəm günü elan olunub. Həmin gün məktəblərdə dərslər də təxirə salınıb.

Rusiya prezidenti Vladimir Putin, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və digər ölkələrin yüksək rütbəli məmurları Kazanda baş vermiş hadisə ilə əlaqədar həlak olanların yaxınlarına başsağlığı veriblər.