BAKI, 11 may — Sputnik. Rusiya Federal Təlhükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov bu gün səhər saatlarında Tatarıstanın paytaxtı Kazan şəhərindəki məktəblərdən birində baş vermiş dəhşətli insidentlə bağlı prezident Vladimir Putinə hesabat verib.
Bu barədə RİA Novosti məlumat yayıb.
Qeyd edək ki, bu gün səhər saatlarında Tatarıstan respublikasının paytaxtı Kazan şəhərindəki 175 saylı məktəbdə naməlum şəxslər odlu silahdan ətrafa atəş açmağa başlayıblar. Daha sonra hadisə yerində partlayış səsi eşidilib.
Sonradan hadisənin iki yeniyetmə tərəfindən törədildiyi və onlardan birinin artıq zərərsizləşdirildiyi bildirilib.
Hadisə yerinə 21 təcili yardım briqadası göndərilib. Tatarıstan prezidenti Rüstəm Minnixanov, respublikanın səhiyyə naziri Marat Sadıkov və bölgə prokuroru İldus Nafikov dərhal hadisənin baş verdiyi məktəbə yollanıblar.
Tatarıstan rəhbəri Rüstm Minnixanov hadisəni şərh edərkən 7 məktəblinin həlak olduğunu deyib.
"Hər şeydən əvvəl bu böyük bədbəxtlikdir. Yeddi uşağımızı itirdik. Onlar səkkizinci sinif şagirdləri idi. Dörd oğlan, üç qız. Onlar burada, üçüncü mərtəbədə həlak olublar", - deyə Minnixanov hadisə yerində Rusiya mediasına müsahibəsində bildirib.
Onun sözlərinə görə, xətəxanaya yerləşidirilən 16 nəfərdən də 12-i azyaşlıdır.
Baş vermiş hadisə ilə əlaqədar mayın 12-i Tatarısatanda matəm günü elan olunub.