"Biz Azərbaycan tərəfinə Rusiya sülhməramlılarına verdikləri dəstəyə görə minnətdarıq"

"Rusiya sülhməramlı qüvvələrinin fəaliyyətinə gəlincə, deyə bilərəm ki, onlar azərbaycanlı həmkarları ilə daim əlaqədədir. Biz onların fəaliyyətini yüksək qiymətləndiririk", - rusiyalı nazir.
Sputnik

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 11 may - Sputnik. "Qarabağdakı vəziyyəti ətraflı şəkildə müzakirə etmişik. Bizim mövqeyimiz budur ki, Qarabağdakı vəziyyətin sabitləşməsi üçün açar üçtərəfli bəyanatın şərtlərinin həyata keçirilməsidir".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla Bakıda keçirilən görüşün yekunlarına dair birgə mətbuat konfransında bildirib.

"Biz Azərbaycan tərəfinə Rusiya sülhməramlılarına verdikləri dəstəyə görə minnətdarıq. Rusiya sülhməramlı qüvvələrinin fəaliyyətinə gəlincə, deyə bilərəm ki, onlar azərbaycanlı həmkarları ilə daim əlaqədədir. Biz onların fəaliyyətini yüksək qiymətləndiririk.", - deyə Lavrov qeyd edib.

O, həmçinin bildirib ki, əldə olunan razılaşmaların həyata keçirilməsinə konkret planların hazırlanması ilə məşğul olan üçtərəfli işçi qrup da öz əhəmiyyətli töhfəsini verir.