Azərbaycan və Rusiya XİN arasında saziş imzalandı

Ceyhun Bayramov: "Ümid edirik ki, koronavirus pandemiyası ilə bağlı azalan ticarət dövriyyəsi yenidən əvvəlki səviyyəyə qalxacaq"
Sputnik

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 11 may - Sputnik. Azərbaycan və Rusiya Xarici İşlər Nazirlikləri arasında 2021-2022-ci illər üçün məsləhətləşmərə dair sənəd imzalanıb.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Xarici İşlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla keçirilən birgə mətbuat konfransında deyib.

O bildirib ki, bu gün Azərbaycanla Rusiya arasındakı müxtəlif sahələri əhatə edən sənəd var.

Bayramovun sözlərinə görə, Lavrovla görüşündə hökumətlərarası komissiyanın fəaliyyəti də müzakirə olunub.

“Düşünürük ki, bu ilin aprelində Moskvada baş tutan hökumətlərarası komissiyanın iclasında qəbul olunan qərarlar həyata keçiriləcək. Ümid edirik ki, koronavirus pandemiyası ilə bağlı azalan ticarət dövriyyəsi yenidən əvvəlki səviyyəyə qalxacaq”,- deyə C.Bayramov əlavə edib.