Qüdsdə qarışıqlıq: qarşıdurmalara yanğın də əlavə oldu - VİDEO

Bu gün Beytül-Müqəddəs (Əl-Əqsa məscidi) yaxınlığında fələstinlilərlə İsrail polisi arasında qarşıdurma güclənib. Qəzza zolağından isə İsrail ərazisinə onlarla raket buraxılıb.
Sputnik

BAKI, 10 may - Sputnik. Müqəddəs şəhər Qüdsdə, Əl-Əqsa məscidinin yaxınlığında ağaca od düşüb. Bir qədər sonra önu söndürüblər.

Bu barədə İsrail polisinin nümayəndəsi Mixael Zingerman RİA Novosti-yə məlumat verib. O qeyd edib ki, ağac atılan fişənglərdən od tutub. 

Qüdsün şərqində fələstinlilərlə İsrail polisi arasında qarşıdurmalar bir neçə gündür ki, davam edir. Qüdsdəki Qırmızı Aypara cəmiyyətinin məlumatına görə, bu gün axşam saatlarında yaralıların sayı 278-ə çatıb. 

HƏMAS qrupunun "Əl-Qəssam" briqadasının nümayəndəsi Əbu-Obayda bu gün bəyan etmişdi ki, İsrailin öz əsgərlərini Əl-Əqsa məscidi ilə Şeyx Cərrah rayonlarından çıxarması üçün 18:00-dək vaxt verir. Bundan sonra İsrailin Müdafiə Ordusunun mətbuat katibi Yonatan Konrikus Qəzza zolağından İsrail ərazisinə onlarla raketin buraxıldığını söyləyib. Onun sözlərinə görə, raketlərin çoxu açıq əraziyə düşüb, müəyyən hissəsi də "Dəmir gümbəz" RƏM sistemi ilə tutulsa da, Sderotada bir nəfər xəsarət alıb. Həyəcan siqnalları Qüdsdə də işə düşüb.

İsrailin Baş naziri Binyamin Netanyahu ölkəni raket atəşinə tutanlara cavabın ağır olacağını, münaqişənin isə hələ bir müddət davam edəcəyini bəyan edib. 

İsrail Qəzza zolağına aviazərbələr endirməyə başlayıb. Fələstin anklavının nümayəndəsi Əşrəf əl-Kidranın RİA Novosti-yə verdiyi məlumata görə, aviazərbələr nəticəsində 20 nəfər ölüb, onlardan doqquzu uşaq və biri qadındır. Daha 65 nəfər yaralanıb.

Bu arada Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey LavrovMövlud Çavuşoğlu da telefonla Qüdsdəki durumu müzakirə ediblər. Onlar fələstinlilərin Şeyx Cərrah məhəlləsindən çıxarılmasını qınayaraq tərəfləri təmkinli olmağa dəvət ediblər. 

Eləcə də oxuyun: 

Müsəlmanların ilk qibləsində qan düşdü: yaralı sayı artır - VİDEO