X-XI siniflər əyani dərslərə nə vaxtdan başlayacaq? - Nazir açıqladı

"Həm epidemioloji, həm vaksinasiya, həm də sinif ölçüləri imkan verəndə qaydalara əməl etməklə həftədə 5 dəfə əyani tədrisə qayıdacağıq".
Sputnik

BAKI, 8 may — Sputnik. Hamımız çalışmalıyıq ki, sentyabrın 15-dən ənənəvi tədrisi bərpa edək. Düşüncəmiz budur ki, mümkün dərəcədə əyani tədrisə qayıdaq. Bu, uşaqların sosial-psixoloji inkişafı, parta arxasında oturmaları, məktəbə getmələri baxımından vacibdir. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev "Facebook"da canlı yayımda bildirib.

O deyib ki, mayın 17-dən 5 regionda da həftədə 3 dəfə ibtidai, 2 dəfə V-IX sinif şagirdləri üçün əyani tədrisə başlanacaq. X-XI siniflər hələ də distant formada tədrisə davam edəcək.

"Həm epidemioloji, həm vaksinasiya, həm də sinif ölçüləri imkan verəndə qaydalara əməl etməklə həftədə 5 dəfə əyani tədrisə qayıdacağıq" - deyə nazir bildirib.

Həmçinin oxuyun:

Təhsil Nazirliyi əyani təhsillə bağlı yeni qərar verdi