CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Təhsil nazirindən övladını məktəbə göndərmək istəməyən valideynlərə müraciət

"Mayın 17-dən əvvəl əyani tədris mümkün deyildi, ibtidai siniflərin də tətili var idi, növbəti günlərdə isə bayram tətilinə çıxılır. Bu baxımdan ən qısa zamanda yalnız 17 maydan əyani dərslərə qayıtmaq mümkün olur".
Sputnik

BAKI, 8 may — Sputnik. Valideynlər övladlarını məktəbə göndərmək istəmirlərsə, bu, onların hüququdur. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev "Facebook"da canlı yayımda vətəndaşların suallarını cavablandırarkən deyib.

Nazir qeyd edib ki, bunun üçün valideynlər müvafiq şəkildə təhsil müəssisələrinə müraciət edib, sənəd əldə etməlidirlər. Onun sözlərinə görə, bundan sonra həmin şagirdlərin distant təhsili davam etdiriləcək. E.Əmrullayev qeyd edib ki, Təhsil Nazirliyi tərəfindən hər gün, hər saat koronavirusa yoluxma sayı öyrənilir: "Mayın 17-dən əvvəl əyani tədris mümkün deyildi, ibtidai siniflərin də tətili var idi, növbəti günlərdə isə bayram tətilinə çıxılır. Bu baxımdan ən qısa zamanda yalnız 17 maydan əyani dərslərə qayıtmaq mümkün olur".