RUSİYA

Putin MDB ölkələrini Qələbənin 76-cı ildönümü münasibətilə təbrik etdi

"Bu gün bizim mənəvi borcumuz o çətin illərdə yaşanan hadisələri yaddaşımızda qoruyub saxlamaq və gənc nəsillərə ötürməkdir".
Sputnik

BAKI, 8 may — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan, Ermənistan liderlərini və vətəndaşlarını, eləcə də, Gürcüstan və Ukrayna xalqını 9 May Qələbə bayramı münasibətilə təbrik edib.

Rusiya liderinin Böyük Vətən müharibəsindəki qələbənin 76-cı ildönümü münasibətilə ünvanlandığı təbrik mətnində qeyd olunub ki, bu gün keçmiş SSRİ respublikalarının vətəndaşları düşmənlə cəsarətlə vuruşan və arxa cəbhədə fədakarlıq göstərən ata və babalarını xüsusi qürur və ehtiramla yad edirlər.

"Bu gün bizim mənəvi borcumuz o çətin illərdə yaşanan hadisələri yaddaşımızda qoruyub saxlamaq və gənc nəsillərə ötürməkdir", – deyə Putin vurğulayıb.

O, tarixi təhrif etmək, müharibənin nəticələrini yenidən nəzərdən keçirmək, nasistlər və onların əlaltıları tərəfindən törədilmiş dəhşətli vəhşiliklərə haqq qazandırmaq cəhdlərinə qətiyyətlə müqavimət göstərməyə çağırıb.

Rusiya prezidenti bütün müharibə veteranlarına və arxa cəbhədə fədakarlıq göstərənlərə minnətdarlığını bildirərək, onlara can sağlığı, firavanlıq və uzun ömür arzulayıb.