CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məktəblərdə kiçik və böyük summativ qiymətləndirmələr birləşdiriləcək

"İlin sonunda şagirdlərə daha az yük düşmək şərti ilə bir dəfə qiymətləndirilmə keçiriləcək. Nəticə olaraq yarım il qiymətinin çıxarılması planlaşdırılır".
Sputnik

 

BAKI, 8 may — Sputnik. "Summativ testlərin əyani formada keçirilməsi planlaşdırılır. Pandemiya ilə bağlı vəziyyət obyektiv qiymətləndiriləcək və çalışacağıq ki, proses məktəb çərçivəsində həyata keçirilsin".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev deyib. Onun sözlərinə görə, kiçik və böyük summativ qiymətləndirmələr birləşdiriləcək: "İlin sonunda şagirdlərə daha az yük düşmək şərti ilə bir dəfə qiymətləndirilmə keçiriləcək. Nəticə olaraq yarım il qiymətinin çıxarılması planlaşdırılır".