MƏDƏNİYYƏT

Mədəniyyət Nazirliyinin yeni layihəsi - "Səhnədən səngərə"

Beş dəqiqə müddətində nəzərdə tutulan hər bir videoçarxda şəhidlərin ailə üzvlərinin, yaxınlarının, iş yoldaşlarının, vaxtilə çalışdıqları tədris ocağlarındakı şagirdlərinin ürək sözləri qısa müsahibələr şəkində təqdim olunacaq.
Sputnik

BAKI, 8 may — Sputnik. Tarixi Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində xalqımızın minlərlə övladı ilə bərabər mədəniyyət işçiləri də iştirak ediblər. Ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalanlar sırasında səkkiz nəfər mədəniyyət işçisi var.

Mədəniyyət Nazirliyi ötən ilin Vətən müharibəsində şəhid olmuş qəhrəman mədəniyyət işçilərinin xatirəsini əbədiləşdirmək məqsədilə "Səhnədən səngərə" layihəsinə start verir.

Sputnik Azərbaycan xəbər verir ki, layihə çərçivəsində şəhid mədəniyyət işçilərimiz haqqında videoçarxlar hazırlanacaq. Videomateriallarda onların yarımçıq qalan həyat yolu, sənət-peşə fəaliyyəti, döyüşlərdə göstərdiyi şücaət əks olunacaq. Beş dəqiqə müddətində nəzərdə tutulan hər bir videoçarxda şəhidlərin ailə üzvlərinin, yaxınlarının, iş yoldaşlarının, vaxtilə çalışdıqları tədris ocağlarındakı şagirdlərinin ürək sözləri qısa müsahibələr şəkində təqdim olunacaq.