Bakıda Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə Dünya kubokunun ikinci günü gürzlər və lentlərlə yarışlarda finalçılar müəyyənləşib.
Gürzlərlə yarışda finala Boryana Kaleyn (Bolqarıstan), Darya Trubnikova (Rusiya), Lala Kramarenko (Rusiya), Aleksandra Acurcukuleze (İtaliya), Milena Baldassari (İtaliya), Linoy Aşram (İsrail), Fanni Piqnitski (Macarıstan) və Andrea Verdes (Rumıniya) çıxıblar.
Lentlə yarışlarda finala Alina Qarnasko (Belarus), Boryana Kaleyn (Bolqarıstan), Aleksandra Acurcukuleze (İtaliya), Darya Trubnikova (Rusiya), Yekaterina Vedeneyeva (Sloveniya), Zöhrə Ağamirova (Azərbaycan), Andrea Verdes (Rumıniya), Катрин Тасева (Болгария) vəsiqə qazanıblar.
Dünya Kuboku uğrunda yarışda 35 ölkədən ümumilikdə 169 gimnast iştirak edəcək ki, onlardan 63-ü fərdi, 106-sı qrup şəklində çıxış edəcək. Rusiya, Braziliya, Yaponiya, ABŞ, İspaniya, Türkiyə, İsrail və digər ölkələrdən idmançılar Bakıya gəliblər.
Bakı turnirində Dünya Kuboku mərhələlərinin ümumi hesabına daxil ediləcək lisenziyalı xallar toplanacaq və nəticələrə əsasən fərdi hesabda üç ən yaxşı gimnast Tokio Olimpiadasına vəsiqə qazanacaq.