FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Bakıda Bədii Gimnastika üzrə Dünya Kuboku – yarışdan ən maraqlı kadrlar

Sputnik

Koronavirus pandemiyası səbəbindən yaranan uzunmüddətli fasilədən sonra Bakıda ilk beynəlxalq yarış start götürüb. Bu – tamaşaçılar olmadan keçirilən Bədii Gimnastika üzrə Dünya Kubokudur.

Bədii Gimnastika üzrə Dünya Kubokunun ilk günündə halqa və topla fərdi hesabda təsnifat yarışları və qrup komandalarının seçmə mərhələsi keçirilib. Qeyd edək ki, yarışda Azərbaycanı iki idmançı - Zöhrə Ağamirova və Arzu Cəlilova təmsil edir.

Dünya Kuboku uğrunda yarışda 35 ölkədən ümumilikdə 169 gimnast iştirak edəcək ki, onlardan 63-ü fərdi, 106-sı qrup şəklində çıxış edəcək. Rusiya, Braziliya, Yaponiya, ABŞ, İspaniya, Türkiyə, İsrail və digər ölkələrdən idmançılar Bakıya gəliblər.

Bakı turnirində Dünya Kuboku mərhələlərinin ümumi hesabına daxil ediləcək lisenziyalı xallar toplanacaq və nəticələrə əsasən fərdi hesabda üç ən yaxşı gimnast Tokio Olimpiadasına vəsiqə qazanacaq.

1 / 16
Livanlı gimnast Alisa Sadek.
2 / 16
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku.
3 / 16
Latviyalı gimnast Yelizaveta Polstyanaya.
4 / 16
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku.
5 / 16
Qazaxıstanlı gimnast Alina Ədilxanova.
6 / 16
İsrailli gimnast Linoy Aşram.
7 / 16
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku.
8 / 16
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku.
9 / 16
Bədii gimnastika üzrə Azərbaycan millisinin lideri Zöhrə Ağamirova.
10 / 16
Norveçli gimnast İnqrid Bratsberq.
11 / 16
Amerikalı gimnast Evita Qriskenas.
12 / 16
Portuqaliyalı gimnast Daliya Poroxnya.
13 / 16
İsrailli gimnast Nikol Zelikman.
14 / 16
Gürcüstanlı idmançı Salome Pajava.
15 / 16
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku.
16 / 16
Polşalı gimnast Malqorjata Rojatıçka.