CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

ASAN Xidmət bayram günlərinin iş qrafikini açıqladı

15 may tarixində isə vətəndaşlar miqrasiya xidmətləri ilə bağlı hazır sənədlərin götürülməsi üçün saat 10:00-dan 17:00-dək Bakı, Sumqayıt və Gəncə "ASAN xidmət" mərkəzlərinə müraciət edə bilərlər.
Sputnik

 

BAKI, 8 may — Sputnik. Ramazan bayramı ilə əlaqədar olaraq 9-15 may tarixində "ASAN xidmət" və "ASAN Kommunal" mərkəzlərində qeyri-iş günüdür. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə ASAN Xidmətdən xəbər verilib.

Məlumatda qeyd olunur ki, 16 may tarixindən vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər. 15 may tarixində isə vətəndaşlar yalnız şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı xidməti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı xidməti və miqrasiya xidmətləri ilə bağlı hazır sənədlərin götürülməsi üçün saat 10:00-dan 17:00-dək Bakı, Sumqayıt və Gəncə "ASAN xidmət" mərkəzlərinə müraciət edə bilərlər.