MƏDƏNİYYƏT

Səksənlərin məşhur "Çovqan" verilişinin aparıcısı vəfat edib

Televiziya sahəsində bir çox yeniliklərə imza atan mərhum jurnalist "Çovqan" verilişi ilə yanaşı, "İdman həftəsi" verilişi, "İdman" və "Sport" qəzetlərində işləyib.
Sputnik

BAKI, 7 may — Sputnik. Ötən əsrlərin 80-ci illərində 7-dən 77-dək hər kəsin sevə-sevə izlədiyi verilişlərdən biri "Çovqan" verilişinin yaradıcısı və aparıcısı Fərhad Abdullayev vəfat edib. Sputnik Azərbaycan xəbər verir ki, məşhur jurnalist uzun sürən xəstəlikdən sonra vəfat edib.

Qeyd edək ki, televiziya sahəsində bir çox yeniliklərə imza atan mərhum jurnalist "Çovqan" verilişi ilə yanaşı, "İdman həftəsi" verilişi, "İdman" və "Sport" qəzetlərində işləyib. Mərhum son illər tərcümə mərkəzində tərcüməçi-redaktor kimi fəaliyyət göstərib.

Allah rəhmət eləsin!