CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mikroavtobus evakuatorla toqquşub, ölən var - FOTO

Qəza nəticəsində mikroavtobusun sərnişini həlak olub, sürücü isə müxtəlif dərəcəli bədən xəsarətlərilə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Sputnik

Rəşad Kərəmoğlu, Sputnik Azərbaycan

BAKI, 7 may — Sputnik. Azərbaycanda mikroavtobus evakuatorla toqquşub.

Sputnik Azərbaycan bildirir ki, yol-nəqliyyat hadisəsi Bakı-Qazax avtomobil yolunun Ucar rayonundan keçən hissəsində baş verib. İlkin məlumatla görə, Tovuz rayon sakini, 1992-ci il təvəllüdlü Emil Kamal oğlu Səmədovun idarə etdiyi mikroavtobus Yevlax rayon sakini, 1989-cu il təvəllüdlü Nemət Allahyarovun idarə etdiyi avtomobillə toqquşub.

Qəza nəticəsində mikroavtobusun  sərnişini, 1989-cu il təvəllüdlü Şamil Telman oğlu Bağırov hadisə yerində ölüb. Sürücü Emil Səmədov müxtəlif dərəcəli bədən xəsarətlərilə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.