SƏHİYYƏ

Ümumdünya Peyvənd Konqresi: COVID-19 əleyhinə ən yaxşı vaksin "Moderna"dır

"Moderna" həmçinin "ən yaxşı texnologiya" kateqoriyasında da "BioNtech", "Inovio", "Janssen", "Medicago", "Novavax", "Vaccitech" və "GeneOne Life Science" şirkətlərinin işləmlərini geridə qoyub.
Sputnik

BAKI, 6 may — Sputnik. ABŞ-ın "Moderna" şirkəti və Milli səhiyyə institutunun birgə məhsulu olan preparat Ümumdünya Peyvənd Konqresində (World Vaccine Congress Washington 2021) COVID-19 əleyhinə ən yaxşı peyvənd hesab olunub.

ABŞ və bir sıra digər ölkələrdə təcili hallarda tətbiqinə icazə verilmiş preparat reytinqdə "AstraZeneca", "Bharat Biotech", "Janssen", "Medicago", "Novavax", "Pfizer/BioNtech", "Sputnik V" və heyvanlar üçün "Zoetis" preparatını ötüb.

"Moderna" həmçinin "ən yaxşı texnologiya" kateqoriyasında da "BioNtech", "Inovio", "Janssen", "Medicago", "Novavax", "Vaccitech" və "GeneOne Life Science" şirkətlərinin işləmlərini geridə qoyub.

Qalibin hansı meyarlar əsasında seçildiyi dəqiqləşdirilmir.