Vətən Müharibəsi qəhrəmanları ilə bağlı mənzillər, xatirə yerləri tarixi abidə sayılacaq

"Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" qanuna dəyişiklik təklif edilir. Qəhrəmanların həyatı ilə bağlı sənədlər, əşyalar da tarixi abidə hesab olunacaq.
Sputnik

BAKI, 6 may — Sputnik. Azərbaycan Respublikasının Vətən Müharibəsi qəhrəmanlarının həyatı ilə bağlı mənzillər, xatirə yerləri, sənədlər və əşyalar tarixi abidələr sayılacaq.

Sputnik Azərbaycan-ın məlumatına görə, bununla bağlı "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" qanuna dəyişiklik təklif edilir.

Təklif edilən dəyişikliyə əsasən, Azərbaycan Respublikasının Vətən Müharibəsi qəhrəmanlarının, Azərbaycanın Milli Qəhrəmanlarının, Sovet İttifaqı qəhrəmanlarının həyatı ilə bağlı mənzillər, xatirə yerləri, sənədlər və əşyalar da tarixi abidə hesab olunacaq.