CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tüfeyli həyat tərzi keçirənlər və dilənçilər saxlanılıblar

19 nəfər barəsində isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib. Daha sonra saxlanılan şəxslər qeydiyyatda olduqları şəhər və rayonlara göndərilib.
Sputnik

BAKI, 6 may — Sputnik. Gəncədə tüfeyli həyat tərzi keçirənlər və dilənçilər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin əməkdaşları şəhər ərazisində tüfeyli həyat tərzi keçirən və dilənçiliklə məşğul olaraq vətəndaşların haqlı narazılığına səbəb olan şəxslərlə bağlı tədbir keçirib.

Tədbir zamanı ümumilikdə 31 nəfər saxlanılaraq Polis İdarəsinə gətirilib. Onlarla profilaktiki söhbətlər aparılıb, 19 nəfər barəsində isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib. Daha sonra saxlanılan şəxslər qeydiyyatda olduqları şəhər və rayonlara göndərilib.