Qohumunun avtomobilini sökərək ehtiyat hissələrini satan şəxs saxlanılıb

Araşdırmalarla onun zərərçəkmişin qohumu, Masallı rayonunun Yeddioymaq kənd sakini A.Ağayev olduğu və ehtiyat hissələrini söküb oğurladıqdan sonra satdığı müəyyən edilib.
Sputnik

BAKI, 6 may — Sputnik. Qohumunun avtomobilini sökərək ehtiyat hissələrini satan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, Masallı rayonunun Yeddioymaq kəndində yerləşən yaşayış evlərindən birinin qarajında olan “Vaz 21074” markalı avtomobilin ümumilikdə 1500 manat dəyərində akkumlyator, 5 ədəd təkər, radiator və digər ehtiyat hissələrinin sökülərək oğurlanması barədə polisə müraciət edilib.

Masallı RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun zərərçəkmişin qohumu, Masallı rayonunun Yeddioymaq kənd sakini A.Ağayev olduğu və ehtiyat hissələrini söküb oğurladıqdan sonra satdığı müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.