FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Qadın ətri: Əfsanəvi "Chanel Nº5"-in tarixi

Sputnik

BAKI, 6 may — Sputnik. Məşhur "Chanel Nº5" ətri ilk dəfə 1921-ci il mayın 5-də Fransada təqdim olunub. Bu hadisənin üstündən 100 il keçməsinə baxmayaraq, "Chanel Nº5" indi də bütün dünyada ən çox satılan ətirdir.

Koko Şanelə bu möhtəşəm ətri yaratmaqda rus-fransız kimyaçısı Ernest Bo kömək edib. Onun Kokonun sifarişi əsasında hazırladığı qarışıq çiçək qoxularından ibarət 24 ətirdən modelyer 5 nömrəli olanını seçib. "Chanel Nº5" üçün bilərəkdən ciddi formaya məxsus şüşə flakon işlənib-hazırlanıb ki, heç bir şey ətrin özündən diqqəti yayındırmasın.

Koko Şanel bu rayihəni əvvəl Parisin, sonra isə dünyanın bütün qadınları üçün ən çox arzu olunan ətrə çevirə bilir.

Bu parfümeriya şedevrinin mövcud olduğu bütün dövrlərdə satışından əldə olunan vəsait yarım milyard dolları keçib.

 

1 / 20
"I love Chanel. Fərdi kolleksiya" sərgisinin açılışı.
2 / 20
Fransalı dizayner Koko Şanel, 1944-cü il.
3 / 20
Parfümer Ernest Bo.
4 / 20
Nyu-Yorkda sərgidə "Chanel No. 5" ətirləri.
5 / 20
Mann Reyanın "Qabriel Şanel" fotosu.
6 / 20
Merilin Monronun istifadə olunmamış "Chanel No. 5" ətri.
7 / 20
Londonda Saatchi qalereyasında "Chanel No. 5" ətrinin miniatür modeli.
8 / 20
1954-cü ildə bir jurnalist Merilin Monrodan gecə yatarkən əynində nə olduğunu soruşanda o, "yalnız bir neçə damcı "Chanel Nº5"- demişdi. Beləliklə, bu sözlər ətrin reklam kampaniyasının sloqanına çevrilmişdi.
9 / 20
Monrodan sonra "Chanel No. 5" ətrinin model və aktrisa Syuzi Parker təmsil edib. 1950-ci illərdə o, dəb ikonası sayılırdı.
10 / 20
Ketrin Denev "Chanel No. 5"in reklamında dəb dünyasının çətin vaxtlarında qoşuldu və ətrə əvvəlki statusunu qaytardı.
11 / 20
1980-ci illərdə "Chanel No. 5"in siması "Bondun rəfiqəsi" Karol Buke oldu. O, parfyumu hamıdan çox - 15 il reklam edib.
12 / 20
1980-c illərin ortalarında rəssam Endi Uorhol "Chanel No. 5"ə bir neçə əsərini həsr edib.
13 / 20
Nikol Kidman "Chanel No. 5"in reklam kampaniyasında.
14 / 20
Parisdə "Qabriel Şanel. Dəbli manifest" sərgisində ətirlər.
15 / 20
2009-cu ildə parfyumun siması "Koko do Şanel" filmində baş rolun ifaçısı olan Odri Tatu seçildi.
16 / 20
2012-ci ildə "Chanel" ətrinin reklamını dəb dünyasını ən zövqlü simalardan sayılan Bred Pitə tapşırılıb.
17 / 20
Mayli Sayrusun "Chanel" ətrinin formasında olan aksessuarı.
18 / 20
Braziliyalı supermodel və aktrisa Jizel Bündhen "Chanel No. 5"ə həsr olunmuş şam yeməyində.
19 / 20
2016-cı ildə şirkət 17 yaşlı Lili-Rouz Deppi əməkdaşlığa dəvət edib.
20 / 20
Fransalı aktrisa Marion Kotiyyar "Chanel Yaz-Yay-2021" kolleksiyasının təqdimatından əvvəl.