RUSİYA

Lavrov Qarabağda hələ də kiçik insidentlərin olduğunu etiraf edib

Rusiya XİN başçısı: Baş nazirlərin müavinləri səviyyəsində üçtərəfli işçi qrupu aktiv, ritmik şəkildə işləyir və biz Cənubi Qafqazın davamlı iqtisadi inkişafını təmin etmək üçün Bakı ilə Yerevan arasında dialoqun qurulmasının davamında və təşviqin maraqlıyıq.
Sputnik

BAKI, 6 may — Sputnik. Dağlıq Qarabağda vəziyyət normallaşıb, kiçik insidentlər Rusiya sülhməramlıları tərəfindən operativ və effektiv şəkildə nizamlanır. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

"Dağlıq Qarabağ nizamlanmasında pozitiv tendensiyalar izləyirik. Vəziyyət əhəmiyyətli dərəcədə normallaşıb. Rusiya sülhməramlı kontingenti təhlükəsizliyin qarantıdır, onlar təmas xətti və Laçın dəhlizi boyunca yerləşdirilib. Kiçik insidentlər - yəqin ki, onlarsız heç bir əməliyyat keçmir, bizim sülhməramlı hərbçilərimiz tərəfindən operativ və effektiv şəkildə nizamlanır. Onlar əsirlərin dəyişdirilməsinə də daimi diqqət ayırır", - deyə Lavrov Ermənistan XİN-in səlahiyyətlərini icra edən Ara Ayvazyanla görüşü zamanı bildirib.

Lavrov həmçinin deyib: "Baş nazirlərin müavinləri səviyyəsində üçtərəfli işçi qrupu aktiv, ritmik şəkildə işləyir və biz Cənubi Qafqazın davamlı iqtisadi inkişafını təmin etmək üçün Bakı ilə Yerevan arasında dialoqun qurulmasının davamında və təşviqin maraqlıyıq".