Açıq havada maska ilə bağlı qadağa qüvvədə qaldı

Bugünkü brifinqdən əsas gözləntilərdən biri də açıq havada maskanın ləğvi məsələsi olsa da, bununla bağlı heç bir qərar verilməyib.
Sputnik

BAKI, 6 may — Sputnik. Bayram günəri əlavə heç bir məhdudiyyət tətbiq edilməyəcək. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə səhiyyə nazirinin birinci müavini Teymur Musayev bu gün Nazirlər Kabinetinin brifinqində deyib.

O bildirib ki, bayram günlərində ictimai nəqliyyatla bağlı məhdudiyyət qüvvədə qalacaq.

Qeyd edək ki, bugünkü brifinqdən əsas gözləntilərdən biri də açıq havada maskanın ləğvi məsələsi olsa da, bununla bağlı heç bir qərar verilməyib.