Azərbaycanda vaksinasiya olunmayan tibb və təhsil işçisi qalmayacaq

Teymur Musayev: "Reanimasiyada yatan yaşlı xəstələrin də sayı azalıb. Lakin bu say əhəmiyyətli dərəcədə sürətli olmayıb".
Sputnik

BAKI, 6 may — Sputnik. Tibb işçilərinin 90 faizi vaksinasiya olunub.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev bu gün Nazirlər Kabinetinin brifinqində deyib.

O bildirib ki, hazırda təhsil sahəsində çalışanlarla bağlı vaksinasiya statistikası da bu həddə çatmaqdadır:

"Qeyd edim ki, son iki həftədə yatılı xəstələrin sayı get-gedə azalıb. Reanimasiyada yatan yaşlı xəstələrin də sayı azalıb. Lakin bu say əhəmiyyətli dərəcədə sürətli olmayıb. Çünki yaşlı qrup xəstəliyi daha ağır keçirir".