FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Çıxıblar yenə də dizə - LALƏLƏR

Sputnik

Hər zaman hüsnünə, yaraşığına nəğmələr qoşulan, şeirlər söylənən yaşıl zəmilərin arasında bitən qızıl lalələr Göyçayda gözəl mənzərə ortaya çıxarıb. Kövrəkliyini bahar müjdəli bənövşədən, rəngini qızılgüldən alan al-qırmızı lalələr yoldan keçənləri belə ayaq saxlamağa vadar edir, sanki insanları bir an ana təbiətin bu gözəlliyindən zövq almağa səsləyir.

Rayonun dörd  bir yanında yamyaşıl çəmənliklərdə boy verən lalələr paytaxt  sakinləri ilə bərabər yerli qonaqların, yaradıcı insanların da diqqətini cəlb etməyi bacarır. Yolda hərəkət edən hər 3 avtomobildən ikisi bu ərazidə dayanır, böyüklər və uşaqlar bu gözəlliyi  seyr edərək, lalə romantikasının maraqlı məqamlarının sevincini yaşayırlar. Təbiətin sehrinə düşərək valehedici mənzərəni doya-doya seyr edən yolçular bu mənzərəni ildə bir dəfə yaz aylarında görə bilərlər.

1 / 14
Göyçayda laləlikdə qız.
2 / 14
Göyçayda laləlik.
3 / 14
Göyçayda laləlik.
4 / 14
Göyçayda laləlikdə uşaq.
5 / 14
Göyçayda laləlik.
6 / 14
Göyçayda laləlik.
7 / 14
Göyçayda laləlik.
8 / 14
Göyçayda laləlikdə qız.
9 / 14
Göyçayda laləlik.
10 / 14
Göyçayda laləlik.
11 / 14
Göyçayda laləlikdə foto çəkdirən insanlar.
12 / 14
Göyçayda laləlikdə foto çəkdirən insanlar.
13 / 14
Göyçayda laləlikdə.
14 / 14
Göyçayda laləlikdə foto çəkdirən qız.