Rəşad Kərəmoğlu, Sputnik Azərbaycan
BAKI, 5 may — Sputnik. İsmayıllı rayonu Topçu kənd sakini, 28 yaşlı Zərbəliyev Həzi Hamlet oğlu dostları ilə birlikdə kənd ərazisində olan göldə çimərkən suda boğularaq ölüb.
Hadisədən sonra FHN-nin dalğıc-axtarış qrupunun əməkdaşları hadisə yerinə cəlb olunub. Axtarışlardan sonra gənc oğlanın meyiti tapılaraq ailəsinə təhvil verilib. Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, Həzi Zərbəliyev bir ay öncə ailə həyatı qurub.