SƏHİYYƏ

Peyvənd olunanların sayı açıqlandı

Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 987962, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 578144 təşkil edir.
Sputnik

BAKI, 5 may — Sputnik. Azərbaycanda bu gün koronavirus (COVID-19) əleyhinə 29778 vaksin vurulub.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Azərbaycanda son sutkada COVID-19-a yoluxan 20 nəfər vəfat edib

Bu gün birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 7957, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 21821 nəfərdir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 1566106, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 987962, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 578144 təşkil edir.