Ermənistanda əsgər əsgəri güllələyib

Ermənistanın cənub istiqamətində yerləşən hərbi hissələrdən birində döyüş növbəsi zamanı hərbi yoldaşı tərəfindən silahla davranış qaydalarının pozulması nəticəsində əsgər vurulub.
Sputnik

BAKI, 5 may — Sputnik. Ermənistan Silahlı Qüvvələrinin əsgəri döyüş mövqeyində ölüb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, mayın 4-ü saat 20:00-da Ermənistanın cənub istiqamətində yerləşən hərbi hissələrdən birində döyüş növbəsi zamanı hərbi yoldaşı tərəfindən silahla davranış qaydalarının pozulması nəticəsində əsgər Artyom Ovikoviç Melkonyan (2002-ci il təvəllüdlü) aldığı güllə yarasından həlak olub.

Hazırda faktla bağlı araşdırma aparılır.