CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

BMTM Ermənistanda Azərbaycanafobiya və nifrət nitqi ilə bağlı hesabat hazırlayıb

Hesabatda "üstün xalq" təbliğatının və bu baxımdan azərbaycanlılara qarşı ədavətin xüsusilə sosial şəbəkələrdə artmasına xüsusi yer verilib.
Sputnik

BAKI, 5 may — Sputnik. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi rus dilində "Ermənistanda Azərbaycanafobiya: Ermənilərin müharibədən əvvəlki və post-müharibə dövründəki ritorikasında nifrət nitqi" başlıqlı hesabat hazırlayıb. Mərkəzdən Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir ki, hesabatda əsasən Ermənistan cəmiyyətində Azərbaycana qarşı davam edən düşmən münasibətin və Azərbaycanafobiyanın daha da genişlənməsindən bəhs olunub. Vurğulanıb ki, İkinci Qarabağ müharibəsindən əvvəl və post-müharibə dövründə əhali arasında və mediada başqa millətlərə və irqlərə qarşı ayrı-seçkilik, ksenofobiya və ədavət dilindən istifadə olunub. Hesabatda azərbaycanlılara qarşı düşmən münasibətin təzahür formaları ətraflı şəkildə təhlil olunub və bunun müharibədən sonrakı dövrdə daha geniş yayılması qeyd edilib.

Rəsmi Bakı Ermənistan XİN-ə cavab verdi

Araşdırmada nifrət nitqinin səbəblərindən biri kimi əsrlərdir "qədim erməni xalqı" ideyasının millətin beyninə yeridilməsi olduğu yazılıb və erməni xalqının başqa xalqlardan üstünlüyünü aşılamaqla bağlı məktəb dərsliklərində aşkar edilmiş faktlar barədə də məlumat verilib. Qareqin Njde tərəfindən təməli qoyulan və erməni xalqının üstünlüyünü əks etdirən "Tsexakron" nəzəriyyəsinin bu gün də erməni liderləri və cəmiyyətin digər nüfuzlu şəxsləri tərəfindən geniş istifadə olunduğuna diqqət çəkilib.

Hesabatda "üstün xalq" təbliğatının və bu baxımdan azərbaycanlılara qarşı ədavətin xüsusilə sosial şəbəkələrdə artmasına xüsusi yer verilib.

Araşdırmanın tezliklə ingilis dilinə tərcümə olunaraq daha geniş ictimaiyyətə və oxucu kütləsinə təqdim edilməsi nəzərdə tutulur. Hesabatla aşağıdakı linkdən keçid edərək tanış ola bilərsiniz:

https://aircenter.az/uploads/files/hate%20speech.pdf