CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda güclü külək motosikleti avtomobilə çırpdı - VİDEO

Yeni Salyan yolu istiqamətində güclü külək səbəbindən motosiklet avtomobilə çırpılıb. Nəticədə motosikleti idarə edən gənc oğlan yüngül xəsarətlər alıb.
Sputnik

BAKI, 5 may — Sputnik. Bakıda yol nəqliyyat hadisəsi baş verib. Sputnik Azərbaycan-ın məlumatına görə, hadisə paytaxtın Bayıl qəsəbəsində, "Jurnalistlərin binası" qarşısında baş verib.

Yeni Salyan yolu istiqamətində güclü külək səbəbindən motosiklet avtomobilə çırpılıb. Nəticədə motosikleti idarə edən gənc oğlan yüngül xəsarətlər alıb.

Hadisənin videogörüntüləri sosial şəbəkədə paylaşılıb.