Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 5 may — Sputnik. Bakıda başına daş piltəsi düşən 14 yaşlı Əli Şabanov dünyasını dəyişib. Bu barədə Sputnik Azərbaycan-a Əli Şabanovun yaxınları məlumat veriblər. Hazırda uşağın nəşi evlərinə aparılır.
Üzərinə daş düşən Əlini həkimlər xilas edə bilmədilər
© Photo : Courtesy of Mais Shabanov
Məlumat üçün bildirək ki, hadisə Səbail rayonu, Badamdar qəsəbəsi, Rafiq İsgəndərov küçəsində qeydə alınıb. Aprelin 30-da axşam saatlarında beşmərtəbəli yaşayış binasından daş piltəsi qoparaq həmin binada yaşayan, 2006-cı il təvəllüdlü Şabanov Əli Mahir oğlunun üzərinə düşüb. Ağır kəllə-beyin travması alan Ş.Əli komaya düşüb. O, Respublika Neyrocərrahiyyə Xəstəxanasında müalicə alırdı. Həkim uşağın vəziyyəti son dərəcə ağır qiymətləndirmişdi.