Xalq artisti koronavirusa yoluxub - xəstəxanaya yerləşdirilib

Elmira Rəhimova: "Səhhətimdə müəyyən qədər irəliləyiş var, hazırda özümü bir qədər yaxşı hiss edirəm. Kəmaləddin müəllimə təşəkkür edirəm, mənim səhhətimlə maraqlanır. Ümid edirəm ki, tezliklə sağalaram".
Sputnik

 

BAKI, 5 may — Sputnik. Xalq artisti Elmira Rəhimova koronavirusa yoluxub.

Bu barədə Sputnik Azərbaycan-a məlumat verən Xalq artisti iki gün əvvəl Zığdakı modul tipli hospitala yerləşdirildiyini bildirib: "Səhhətimdə müəyyən qədər irəliləyiş var, hazırda özümü bir qədər yaxşı hiss edirəm. Kəmaləddin müəllimə təşəkkür edirəm, mənim səhhətimlə maraqlanır. Ümid edirəm ki, tezliklə sağalaram".