BAKI, 5 may — Sputnik. Bu gün səhər saatlarında Qubanın Xınalıq kəndində qar yağıb. Kənd sakinlərinin Sputnik Azərbaycan-a verdikləri məlumata görə ,gecə saatlarında yağan intensiv yağışı səhər saatlarında qar əvəz edib. Hal-hazırda qarın hündürlüyü 4-5 sm-ə yaxındır.
Kənd sakinlərini onu da qeyd etdilər ki, bu onlar üçün qeyri-adi hal sayılmasa da ölkə ərazisində nadir hadisələrdən sayılır.
Qarın yığmasından ən çox sevinən uşaqlar olub.
Onu da qeyd edək ki, Xınalığa yağan qar şimal bölgəsində havanın temperaturunun kəskin aşağı düşməsinə səbəb olub.