RUSİYA

Sovet vaxtının peyvəndi koronavirusa qalib gəlmək gücündədir - iddia

Alimlər daha öncə bildirmişdilər ki, rusiyalıların COVID-19-a qarşı qeyri-spesifik immunitetləri var - onların orqanizminin immun sistemi infeksiyalara eynitipli reaksiya verir.
Sputnik

BAKI, 5 may - Sputnik. Poliomielitə qarşı peyvənd yeni koronavirus infeksiyasının qarşısını ala bilər. 

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, Rusiya EA-nın Çumakov adına immunobioloji preparatların araşdırma və hazırlanma elmi mərkəzinin baş direktoru Aydar İşmuxametov bu faktı mərkəzin mütəxəssislərinin eksperiment yolu ilə sübut etdiklərini deyib.

Məhkəmə qərarı: oksigenin çatdırılmasında ləngimələr genosiddir

Alimlər daha öncə bildirmişdilər ki, rusiyalıların COVID-19-a qarşı qeyri-spesifik immunitetləri var - onların orqanizminin immun sistemi infeksiyalara eynitipli reaksiya verir. 1960-cı illərdə sovet virusoloqu, akademik Mixail Çumakov güman etmişdi ki, poliomielitə qarşı canlı vaksin qrip infeksiyasının gedişatını yumşalda bilər. Çumakov adına mərkəz bu hipotezi hazırda SARS-CoV-2 koronavirusu ilə yoxlayıb. 

"Biz təxminən 60 könüllüyə polliomielit əleyhinə canlı vaksin yeritdik, nəticədə həmin qrupda xəstələrin sayı kəskin azaldı. Bu məsələni sübut etdik", - İşmuxametov "Rossiya-1" telekanalının efirində deyib.

Ancaq o əlavə edib ki, poliomielit peyvəndini hələlik "təcili lazım gələn" anadək bir kənara qoyublar.

Canlı poliomielit vaksini 1950-ci illərin sonunda işlənib hazırlanıb, 1960-ci ildən isə keçmiş SSRİ-nin bütün əhalisinin bu peyvəndlə vaksinasiyasına başlanıb.

Çumakov adına mərkəzdə bu il koronavirus əleyhinə "KoviVak" peyvəndi də hazırlanıb.