SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Putinlə Ərdoğan Ağdamdakı mərkəzi müzakirə etdilər

Putinlə Ərdoğan həmçinin koronavirusla mübarizə məsələləri, Suriya və Liviyadakı vəziyyət barədə də fikir mübadiləsi aparıblar.
Sputnik

BAKI, 5 may - Sputnik. Rusiya və Türkiyə prezidentləri Vladimir PutinRəcəb Tayyib Ərdoğan bu gün telefonla danışıblar.

Sputnik Azərbaycan bildirir ki, məlumatı Kremlin mətbuat xidməti yayıb.

Bildirilir ki, ölkə başçıları Qarabağdakı vəziyyəti, eləcə də Ağdamda yerləşən Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyətini də müzakirə ediblər.

"Qarabağ tənzimlənməsi məsələləri həmçinin münaqişə bölgəsində bütün hərbi fəaliyyətlərin dayandırılması və atəşkəsə nəzarət üzrə birdə Rusiya-Türkiyə Mərkəzinin işi kontekstində də müzakirə olundu, - məlumatda deyilir.

Qeyd olunur ki, Putinlə Ərdoğan bundan başqa, koronavirusla mübarizə məsələləri, Suriya və Liviyadakı vəziyyət barədə də fikir mübadiləsi aparıblar.