Məhkəmə qərarı: oksigenin çatdırılmasında ləngimələr genosiddir

Rusiya, ABŞ, Böyük Britaniya, Fransa, Avropa İttifaqı, Çin və digər ölkələr dərman vasitələri, tibbi avadanlıq və oksigen sintezi aparatlarının çatdırılması ilə bağlı yardım təklif ediblər.
Sputnik

BAKI, 5 may — Sputnik. Allahabad ali məhkəməsi COVID xəstələrinin oksigenin vaxtında çatdırılmaması üzündən ölümünü yerli hakimiyyət orqanları tərəfindən "genosid"lə müqayisə edib. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, məhkəmə oksigenin çatışmadığı barədə xəbərləri "yerli orqanlar və polis tərəfindən öz yaxınlarının həyatını xilas etmək üçün oksigen balonu istəyən yoxsul insanlara qarşı həqarət" adlandırılıb.

Koronavirus əleyhinə peyvəndlənənlərə pivə paylayacaqlar

"Koronavirus xəstələrinin ancaq oksigen balonlarının çatışmaması üzündən həlak olması tibbi oksigenin fasiləsiz çatdırılmasına cavabdeh insanlar tərəfindən cinayət və ən azı genosiddir", - deyə məhkəmənin qərarında bildirilir.

Qeyd edək ki, Hindistanda xəstələrin sayının kəskin artması üzündən xəstəxanalarda maye oksigen çatışmazlığı var. Bir qədər əvvəl Hindistan Daxili İşlər Nazirliyi oksigenin qeyri-tibbi məqsədlər üçün istifadəsinə qadağa qoyub. Eyni zamanda hakim orqanlar oksigen çatışmazlığının olmadığı, lakin onun bir ştatdan digərinə vaxtında çatdırılmasının təmin olunmamasını qeyd ediblər. Bununla əlaqədar olaraq artıq Rusiya, ABŞ, Böyük Britaniya, Fransa, Avropa İttifaqı, Çin və digər ölkələr dərman vasitələri, tibbi avadanlıq və oksigen sintezi aparatlarının çatdırılması ilə bağlı yardım təklif ediblər.

Qeyd edək ki, koronavirus xəstələrinin sayına görə Hindistan dünyada ikinci yeri tutur. Ölkənin Səhiyyə Nazirliyinin son məlumatlarına görə, ölkədə 20,6 milyon nəfərdən çox COVID-19-a yoluxma halı müəyyən olunub. Bununla yanaşı, ölkədə 16,9 milyon insan xəstəlikdən sağalıb, 226 min nəfər isə koronavirus və müşayiət edən xəstəliklərdən həyatını itirib. Ötən sutka ərzində Hindistanda 382,3 min yeni yoluxma halı aşkar olunub ki, bu da bir gün əvvəlki rəqəmlərdən 25 min çoxdur.