Lavrovun Yerevana niyə getdiyi məlum oldu

Hər iki ölkənin xarici siyasət idarələrinin rəhbərləri görüş keçirəcək, daha sonra birgə mətbuat konfransında iştirak edəcəklər. Səfər çərçivəsində Rusiya xarici işlər naziri Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla da görüşəcək.
Sputnik

BAKI, 5 may — Sputnik. Xəbər verildiyi kimi, bu gün Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistanın paytaxtı Yerevana rəsmi səfəri başlayır. Nazirin Yerevandakı gündəmi açıqlanıb. Sputnik Ermənistan-ın yaydığı xəbər görə, mayın 6-da hər iki ölkənin xarici siyasət idarələrinin rəhbərləri görüş keçirəcək, daha sonra birgə mətbuat konfransında iştirak edəcəklər.

Səfər çərçivəsində Rusiya xarici işlər naziri Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla da görüşəcək.

Qeyd edək ki, mayın 10-11-də Lavrovun Azərbaycana da analoji səfəri gözlənilir.

Bir qədər bundan əvvəl isə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirmişdi ki, görüşlərdə ikitərəfli və regional əməkdaşlıq məsələlərini, həmçinin beynəlxalq aləmdə qarşılıqlı fəaliyyətin geniş spektrini hərtərəfli nəzərdən keçirmək planlaşdırılır. Bununla belə, o, səfər çərçivəsində baş tutacaq müzakirələrdə Dağlıq Qarabağla bağlı bəyanatların prioritet olacağını bildirmişdi.