RUSİYA

Blinken Rusiyaya təzyiq göstərilməsinə çağırdı

"Rusiyanın davranışlarına diqqət yetirmək, hərəkətlərinə görə Rusiyanı məsuliyyətə cəlb etmək və Moskvanı beynəlxalq müqavilələrə və öhdəliklərinə əməl etməsi üçün təzyiq göstərmək üçün birlikdə çalışmalıyıq"
Sputnik

BAKI, 5 may — Sputnik. Birləşmiş Ştatların Dövlət katibi Entoni Blinken Rusiyanın beynəlxalq öhdəliklərə əməl etməsi məqsədilə bu ölkəyə təzyiq etməyə çağırıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Blinken öz "Twitter" hesabında yazıb.

"Rusiyanın davranışlarına diqqət yetirmək, hərəkətlərinə görə Rusiyanı məsuliyyətə cəlb etmək və Moskvanı beynəlxalq müqavilələrə və öhdəliklərinə əməl etməsi üçün təzyiq göstərmək üçün birlikdə çalışmalıyıq", - deyə Blinken öz "Twitter" hesabında yazıb.

Blinken eyni zamanda söhbətin məhz hansı öhdəliklərdən getdiyini açıqlamayıb.