ABŞ Prezidenti Co Bayden Azərbaycana hərbi yardımın göstərilməsinə icazə verib. Bayden administrasiyası aprelin 26-da “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin təxirə salınması barədə Konqresi məlumatlandırıb.
Politoloq Fikrət Sadıxov Sputnik Azərbaycan-a deyir ki, Baydenin bu addımı yeni geo-siyasi maraqlarla bağlıdır: “Cənubi Qafqazda Azərbaycanın rolu kifayət qədər yüksəkdir. Azərbaycanın burada bir sıra layihələri həyata keçirməsi, Avropa ölkələri və qərblə münasibətləri ABŞ üçün önəmli amildir. “Azadlığa Dəstək Aktı”na 907-ci düzəliş konqres tərəfindən hələ o vaxt qəbul olunarkən də, ABŞ dövlət başçıları buna razılıq verməmişdi. Düşünürəm ki, Baydenin bu addımı ABŞ-Azərbaycan münasibətlərin inkişafına yönələn addımlardan biri olacaq”.
Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz