Bakı-Xırdalan-Sumqayıt xətti üzrə sərnişin daşımaları bərpa edilir - Bu tarixdən

Xəttin kontakt şəbəkəsi Baş Keşlə stansiyasında əsaslı təmir olunub. Aparılan yenidənqurma işləri sərnişin qatarlarının daha təhlükəsiz hərəkətinə imkan yaradacaq.
Sputnik

BAKI, 5 may — Sputnik. Mayın 16-sı Bakı-Xırdalan-Sumqayıt marşrutu üzrə elektrik qatarı sərnişin daşımalarını bərpa edəcək. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə məlumatı "Azərbaycan Dəmir Yolları" QSC yayıb.

Məlumata əsasən, Xırdalan dairəsində yeni dəmir yolu körpüsünün inşası ilə yanaşı, xəttin kontakt şəbəkəsi Baş Keşlə stansiyasında əsaslı təmir olunub. Aparılan yenidənqurma işləri sərnişin qatarlarının daha təhlükəsiz hərəkətinə imkan yaradacaq.