MƏDƏNİYYƏT

Azərbaycanlı aparıcı "Amazonka kraliçası"na bənzədi - FOTO/VİDEO

Sözügedən fotosessiyanın müəllifi populyar fotoqraf Niko Abbasovdur. Həmin fotoları "Instagram" hesabında paylaşan Ç.Əliyevanı izləyiciləri tanımayıblar.
Sputnik

BAKI, 5 may — Sputnik. Tanınmış aparıcı Çinarə Əliyeva bu dəfə də izləyicilərini fərqli fotoları ilə təəccübləndirib. Sputnik Azərbaycan xəbər verir ki, həmişə fərqli geyimləri və fotosessiyaları ilə fərqlənən aparıcı daha çox seçdiyi geyim və makiyajı ilə diqqət çəkib.

Sözügedən fotosessiyanın müəllifi populyar fotoqraf Niko Abbasovdur. Həmin fotoları "Instagram" hesabında paylaşan Ç.Əliyevanı izləyiciləri tanımayıblar. Onlar Çinarəni kolumbiyalı müğənni Şakiraya bənzədiblər.