Rahim Məmmədov, Sputnik Azərbaycan
BAKI, 5 may — Sputnik. Goranboyda ağır yol-nəqliyyat hadisəsi baş verib. Sputnik Azərbaycan xəbər verir ki, “VAZ 21-011” markalı minik avtomobili ilə “Hyundai” markalı yük maşını toqquşub. Hadisə Bakı-Qazax avtomagistralının Goranboydan keçən hissəsində baş verib. Zərbənin gücündən avtomobillər yol kənarına aşıb.
Dəhşətli qəza zamanı minik maşını hissələrə ayrılıb. “VAZ”ın 58 yaşlı sürücüsü, Yevlax rayon sakini Hidayət Camalov dünyasını dəyişib. Hadisənin baş vermə səbəbləri araşdırılır.