CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Müğənni Aslan Hüseynovun qəzada ölməsi ilə bağlı rəsmi açıqlama

Qeyd edək ki, bundan öncəki məlumatlarda bildirilirdi ki, avtoqəzada ölən şəxs Aslan Hüseynov deyil. Deyilirdi ki, avtomobil onun adına olsa da, sükan arxasında özü olmayıb.
Sputnik

BAKI, 4 may — Sputnik. Müğənni Aslan Hüseynov yol qəzasında dünyasını dəyişib. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Namidan Piriyev deyib.

Qeyd edək ki, bundan öncəki məlumatlarda bildirilirdi ki, avtoqəzada ölən şəxs Aslan Hüseynov deyil. Avtomobil onun adına olsa da, sükan arxasında özü olmayıb.

BMW markalı avtomobillə "KamAZ" markalı avtomobil toqquşub, nəticədə iki nəfər həlak olub, onlardan biri müğənni Aslan Hüseynovdur.

Allah rəhmət eləsin!