BAKI, 4 may — Sputnik. Bakı Nəqliyyat Agentliyi (BNA) 8 və 16 may tarixlərində avtobusların fəaliyyət göstərib-göstərməyəcəyinə aydınlıq gətirib. Sputnik Azərbaycan-a BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, Nazirlər Kabinetinin 19 aprel tarixli qərarına əsasən, 8 və 16 may rəsmi iş günləri hesab edilir. Həmin günlər rəsmi iş günləri sayıldığına görə 8 və 16 may istirahət günlərinə düşməsinə baxmayaraq həmin tarixlərdə ictimai nəqliyyat fəaliyyət göstərəcək.