Generallar Paşinyana qarşı – Növbəti kəskin addım atıldı

Biz hərbi subordinasiyaya hörmət edən adamlarıq. Qrant Episkopyan – general leytenantdır və təbii ki, o, şuraya rəhbərlik etməlidir.
Sputnik

BAKI, 4 may — Sputnik. Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin (MTX) sabiq direktoru Mikael Ambartsumyan və onun həmkarları ictimai təşkilat yaradıblar. Sputnik Azərbaycan "Qraparak" nəşrinə istinadən xəbər verir ki, təşkilata xidmətin sabiq əməkdaşları, yüksək rütbəli zabitlər üzv olacaqlar.

İctimai təşkilatın yaradıcıları Ermənistan MTX-nın direktorunun sabiq birinci müavini, general-leytenant Qrant Yepiskopyan, MTX-nın sabiq direktorunun müavini, general-leytenant Vrej Arzumanyan və MTX-nın direktoru səlahiyyətlərini icra etmiş, polkovnik Mikael Ambartsumyandır. Təşkilatın Şurasının üzvləri sırasına, həmçinin MTX-nın digər sabiq direktoru, "Vətən" partiyasının lideri Artur Vanetsyan da daxildir.

Ötən şənbə günü adı çəkilən şəxslər iclas keçiriblər. İclasın gedişi zamanı Qrant Yepiskopyan təşkilatın şurasının sədri seçilib.

Ambartsumyan Yepiskopyanın təşkilatının sədri seçilməsinə də aydınlıq gətirib: "Biz hərbi subordinasiyaya hörmət edən adamlarıq. Qrant Yepiskopyan – general-leytenantdır və təbii ki, o, şuraya rəhbərlik etməlidir".

Qeyd edək ki, mayın 7-si təşkilat mətbuat konfransı keçirəcək və öz proqramını və fəaliyyət hədəflərini açıqlayacaq.