SƏHİYYƏ

Bu şəxslərə ikinci doza vaksin vurulmamalıdır - Həkim

Vaksin olunduqdan sonra ən azı 30 dəqiqə müddətində insanlar xəstəxanada gözləməli, bundan sonra evə buraxılmalıdırlar.
Sputnik

BAKI, 4 may — Sputnik. "Vaksinasiya edilən xəstəxanalar hər bir təchizatla təmin olunmalıdır. Çünki hər hansı bir reaksiya zamanı erkən müdaxiləyə ehtiyac yarana bilər".

Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri "ARB24"də yayımlanan "İşgüzar səhər" verilişində qonaq olan həkim Nuranə Hacıağayeva bildirib. O əlavə edib ki, vaksin olunduqdan sonra ən azı 30 dəqiqə müddətində insanlar xəstəxanada gözləməlidirlər: "Bundan sonra vaksin vurulan şəxslər evə buraxılmalıdırlar. Əgər birinci dozada hər hansı allergik reaksiya, çox halsızlıq müşahidə olunarsa, ikinci dozanı vurdurmağa ehtiyac yoxdur".