SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İqor Korotçenko: “Qeyri-qanuni silahlı qüvvələr Ermənistana göndərilməlidir”

Rusiyanın “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyir ki, silahlı erməni döyüşçüləri tərəfindən hər hansı təxribat törədilərsə, bunların qarşısı Rusiya sülhməramlı qüvvələri tərəfindən alınmalıdır
Sputnik

“Erməni silahlı birləşmələri Qarabağ bölgəsinin hazırda Rusiya sülhməramlılarının nəzarətində olan hissəsini tərk etməlidir”. Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında Rusiyanın “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib.

“Ermənistan silahlı qüvvələrini və ya qeyri-qanuni silahlı qüvvələri təmsil etməsindən asılı olmayaraq bütün qüvvələr tərksilah edilməli və Ermənistana göndərilməlidir. Təhlükəsizliyin əsas prinsipi Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasıdır. Bu zaman ərzində silahlı erməni döyüşçüləri tərəfindən hər hansı təxribat törədilərsə, bunların qarşısı Rusiya sülhməramlı qüvvələri tərəfindən alınmalıdır. Bunun üçün həm hərbi, həm də siyasi təzyiq metodlarından istifadə etmək lazımdır. Eyni zamanda Laçın dəhlizində yüklərin və insanların hərəkətini tənzimləmək lazımdır. Bu, bölgədəki gömrük prosedurları elə qurulmalıdır ki, Azərbaycanın səlahiyyətli strukturları kimin gəlib-getdiyini başa düşsün. Növbəti mərhələdə görüləcək iş isə erməni əhalisinin Azərbaycanın hüquq dairəsinə inteqrasiyası, azərbaycanlı qaçqınların geri qayıtması və iki icmanın birgə yaşayışını təmin etməkdir. Ermənistanda seçki öncəsi qeyri-sabitlik yaratmaq və bundan seçki mübarizəsində kart kimi istifadə etmək üçün təxribatlar gözlənilir”.

İqor Korotçenkonun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz