Dövlət Neft Fondu valyuta satışlarını azaldıb

Dövlət Neft Fondu tərəfindən 2021-ci ilin yanvar ayı ərzində 644,9 milyon ABŞ dolları, fevral ayı ərzində 437,3 milyon ABŞ dolları, mart ayı ərzində 397,7 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
Sputnik

BAKI, 4 may — Sputnik. Bu ilin yanvar-aprel aylarında Dövlət Neft Fondu (ARDNF) 1 milyard 989,8 mln ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib.

Sputnik Azərbaycan Fonda istinadla xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 39,8% azdır.

ARDNF tərəfindən aprel ayı ərzində valyuta hərraclarında 509,9 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

Qeyd edək ki, Dövlət Neft Fondu tərəfindən 2021-ci ilin yanvar ayı ərzində 644,9 milyon ABŞ dolları, fevral ayı ərzində 437,3 milyon ABŞ dolları, mart ayı ərzində 397,7 milyon ABŞ dolları məbləğində vəsait satılıb.