İlham Əliyev Türkiyə və Serbiyanın səfirlərinin etimadnamələrini qəbul edib

Prezident mayın 3-də ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirləri qəbul edib və onlara uğurlar arzulayıb.
Sputnik

BAKI, 3 may — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 3-də Türkiyə Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçının etimadnaməsini qəbul edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmçinin mayın 3-də Serbiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Draqan Vladisavljeviçin etimadnaməsini qəbul edib.