Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 3 may — Sputnik. Xalq artisti Arif Quliyevin səhhətində heç bir irəliləyiş yoxdur. Bu barədə Sputnik Azərbaycan-a aktyorun yaxın qohumu məlumat verib. O bildirib ki, A.Quliyev hələ də reanimasiyadadır: "Heç bir irəliləyiş yoxdur. Dua edirik və sağalmasını gözləyirik. Arif Quliyev EKMO cihazına qoşulub. Hələ də ağırdır. Ağ ciyərləri 95 faiz tutulub".
Qeyd edək ki, aktyor koronavirusa yoluxub.